Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisini qəbul edib

Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisini qəbul edib
# 02 mart 2015 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, Ç. Hendri bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi prezident İ. Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.


Dövlət başçısı isə Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident İ. Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində ölkəmizin maraqlı olduğunu deyib. Dövlət başçısı Ç. Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR