Hüquq-mühafizə orqanlarındakı mənbə Boris Nemtsovun qətlində sifarişçilərin olmadığını bildirib

Hüquq-mühafizə orqanlarındakı mənbə Boris Nemtsovun qətlində sifarişçilərin olmadığını bildirib
# 10 mart 2015 03:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Rosbalt” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

İlkin versiyaya əsasən, cinayəti “Şimal” xüsusi batalyonunun keçmiş döyüşçüləri Zaur Dadayev və Beslan Şavanov birgə planlaşdıraraq həyata keçiriblər.

“İşdə olan dəlil-sübutlara, şahidlərin və əsas müttəhimin ifadəsinə əsasən belə nəticəyə gəlmək olar ki, qətl Dadayev və Şavanovun şəxsi təşəbbüsü ilə törədilib”, deyə mənbə bildirib.

Xatırladaq ki, Zaur Dadayev martın 6-da İnquşetiya ərazisində yaxalanıb. Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə Z. Dadayev barəsində həbs qətimkan tədbiri seçilib. Beslan Şavanov isə Çeçenistanda saxlanılarkən həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR