Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları BDU-da olub

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları BDU-da olub
# 16 mart 2015 10:24 (UTC +04:00)

Bakı - APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova və hüquqşünası Ülviyyə Həsənova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər.

BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimləri İlham Mazanlı və Arzu Məmmədovanın tədris etdiyi «Beynəlxalq humanitar hüquq və jurnalistika» fənnində qonaq olan nümayəndəliyin əməkdaşları tələbələrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti, iş prinsipləri, gördüyü işlər, o cümlədən qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb, verilən sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR