Bakıda 3 sərnişin avtobusu toqquşub, ölən və xəsarət alanlar var

Bakıda 3 sərnişin avtobusu toqquşub, ölən və xəsarət alanlar var
# 07 aprel 2015 07:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 3 sərnişin avtobusu toqquşub. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında, “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən dairədə qeydə alınıb.

194 saylı xətt üzrə hərəkət edən “Daewoo” ,“Mercedes” və 211 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusları toqquşub. Nəticədə avtobuslarda olan sərnişinlər Gülgəz Yunis qızı Hüseynova, Vüqar Arif oğlu Şamilli, Elmin Cavanşir oğlu İslamov, Polad İsmayıl oğlu Quliyev, Alim Əbülfəz oğlu Əlizadə, Tural Vaqif oğlu Kərimov, Fazil Mirayaz oğlu Mirzəyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Polisdən baş verən qəza zamanı bir nəfərin öldüyü və hələlik onun şəxsiyyətinin məlum olmadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR