İran şirkəti Azərbaycandakı dərman zavodları ilə əməkdaşlıqda maraqlıdır - FOTO

İran şirkəti Azərbaycandakı dərman zavodları ilə əməkdaşlıqda maraqlıdır - <span style="color: red;">FOTO
# 12 aprel 2015 08:24 (UTC +04:00)

Mazandaran. Elvin Bayramlı - APA. İranın Qızıl Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatı Azərbaycanda bitki ekstraktları və yağları istehsalı zavodu açmaq niyyətindədir.

APA-nın İrana ezam olunmuş müxbiri xəbər verir ki, bunu İranda səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında "Soha Jissa" bitki ekstraktları və yağları istehsalı şirkətinin rəhbəri Arəş Seyyid Salehi deyib.

Salehi bildirib ki, şirkət ilk növbədə Azərbaycanda bu sahədə çalışan şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.

Zavodun fəaliyyəti barədə məlumat verən Salehi deyib ki, müəssisədə 3 çeşiddə məhsul - ekstraktlar, krem və çaylar istehsal olunur.

Zavod əsasən, dərman preparatları istehsal edən digər müəssisələr üçün ilkin xammal istehsal edir: "Ekstraktların istehsalı və satışı sahəsində ölkə bazarının yarıdan çoxunu təmin edirik".

Salehi deyib ki, istehsal etdikləri məhsulları xaricə ixrac etməyi də planlaşdırırlar: “Azərbaycandakı dərman zavodlarını da lazımi xammala təmin edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR