Yeniyetməni oğurluğa təhrik edən şəxs saxlanılıb

Yeniyetməni oğurluğa təhrik edən şəxs saxlanılıb
# 24 oktyabr 2016 10:04 (UTC +04:00)

Bakı-APA. Bakı şəhər sakininə məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Bakı şəhər sakini Abbas Bağırova məxsus mağazadan 450 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən paytaxt sakini, 16 yaşlı yeniyetmə saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun ötən il martın 20-də eyni mağazadan və Raqil Həsənova məxsus aptekdən pul, ərzaq məhsulları və dərman preparatları oğurlaması da müəyyənləşib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə onu cinayətə təhrik edən həmyerlisi, 30 yaşlı Ramal Əzizov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR