Bakıda 3-cü mərtəbədən yıxılan şəxs xilas olunub

Bakıda 3-cü mərtəbədən yıxılan şəxs xilas olunub
# 05 iyul 2015 02:35 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanından yıxılaraq 1-ci mərtəbənin artırma eyvanının üzərinə düşüb və orada köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı 1-ci mərtəbənin eyvanınan düşürərək aidiyyatı üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR