Elmar Məmmədyarov İƏT xarici işlər nazirlərinin iclasına qatılacaq

Elmar Məmmədyarov İƏT xarici işlər nazirlərinin iclasına qatılacaq
# 25 fevral 2019 15:54 (UTC +04:00)

Martın 1-2-də Abu Dabidə İslam Əməkdalıq Təşkilatı xarici işlər nazirlərinin növbəti - 46-cı iclası keçiriləcək.

ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva iclasda xarici işlər naziri Elmar Məmmədyarovun iştirak edəcəyini deyib. İclasda nazirin çıxışı da gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR