Kreml: Ukrayna münaqişəsi həll olunmadan Rusiya-ABŞ münasibətlərinin normallaşacağını düşünmək sadəlövhlükdür

Kreml: Ukrayna münaqişəsi həll olunmadan Rusiya-ABŞ münasibətlərinin normallaşacağını düşünmək sadəlövhlükdür
# 21 iyun 2015 16:31 (UTC +04:00)

Bakı - APA. Ukrayna münaqişəsi həll olunmayınca Moskva və Vaşinqton arasındakı münasibətlər inkişaf etməyəcək.

APA-nın "The Financial Times" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

"ABŞ dövlət katibi Con Kerrinin Soçidə Rusiya prezidenti Vladimir Putin, XİN rəhbəri Sergey Lavrovla görüşməsi, dostluq şəraitində detallı danışıqlar aparması yaxşıdır... Lakin Ukrayna münaqişəsi həll olunmadan münasibətlərimizin möhkəmlənəcəyini düşünmək sadəlövhlükdür", - deyə S. İvanov qeyd edib.

Onun sözlərinə görə, ABŞ anlayır ki, Ukraynada vəziyyət nəzarətdən çıxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR