DİN Bakıda dəm qazından boğulan Kamerun vətəndaşlarının ölümü ilə bağlı məlumat yayıb

DİN Bakıda dəm qazından boğulan Kamerun vətəndaşlarının ölümü ilə bağlı məlumat yayıb
# 03 yanvar 2017 10:31 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Azərbaycanda dəm qazından boğulan Kamerun vətəndaşlarının ölümü ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərlərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur.

Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR