Azərbaycanda qeyri-neft məhsullarının ixracı bir ildə 40%-ə qədər artıb

Azərbaycanda qeyri-neft məhsullarının ixracı bir ildə 40%-ə qədər artıb
# 14 may 2015 11:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə əmtəə ixrac olunub, 113 ölkədən idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 21-i Amerika, 35-i Asiya ölkələri və digərləridir.

Üç ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 6877,5 mln. dollar, o cümlədən ixracın həcmi 4449,1 mln. dollar, idxalın həcmi 2428,4 mln. dollar təşkil edib, nəticədə 2020,7 mln. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 38,9% artaraq 474,2 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR