Bakıda 60 yaşlı kişi ikisi azyaşlı olmaqla üç nəfəri döyüb

Bakıda 60 yaşlı kişi ikisi azyaşlı olmaqla üç nəfəri döyüb
# 11 iyul 2015 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda xuliqanlıq hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xətai prospekti 19-da qeydə alınıb.

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Novruz Rəşid oğlu Məmmədov xuliqanlıq zəminində 2006-cı il təvəllüdlü Rəvan Röyal oğlu Yusifovu, 2009-cu il təvəllüdlü Əli Ceyhun oğlu Abbasovu və 1988-ci il təvəllüdlü Cəmilə Əsəd qızı Əsədovanı döyüb.

Hazırda polis faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR