Zaqatalada ev yanıb - VİDEO

Zaqatalada ev yanıb - <span style="color: red;">VİDEO
# 18 mart 2015 20:22 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Əliabad qəsəbəsində Rasim İbrahimova məxsus ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 2 otaqlı evdə baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin tüstü bacasının ətrafı 3 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR