Sabiq müstəntiq Rüfət Səfərovun məhkəməsi baş tutmayıb

Sabiq müstəntiq Rüfət Səfərovun məhkəməsi baş tutmayıb
# 31 oktyabr 2016 09:04 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə bu günə təyin olunmuş proses baş tutmayıb.



Bu barədə APA-ya vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, ilkin baxış iclasının baş tutmamasına səbəb R. Səfərovun prosesə gətirilməməsidir.

İclas noyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində 9 illik həbs cəzası çıxarılıb.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR