Azərbaycan Mərkəzi Bankı restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib

Azərbaycan Mərkəzi Bankı restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib
# 12 mart 2015 12:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat AMB-nin saytında yerləşdirilib.

Məlumata görə, AMB-nin sədri Elman Rüstəmov “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na müvafiq dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.

Restrukturizasiya olunmuş aktiv - iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir.

Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının

yaxşılaşdırılması yalnız aktivin əsas məbləğinin 50%-nin ödənilməsi və bu zaman əsas

məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklərin vaxtında və tam həcmdə

icra olunması şərti ilə həyata keçirilir.

Gecikmə günləri

Keyfiyyət Meyarları

0-30 gün

31-90 gün

91-180 gün

181-270 gün

271 gündən artıq

Yüksək

Qənaətbəxş

Nəzarət altında olan

Qeyri-qənaətbəxş

Təhlükəli

Ümidsiz

Orta

Nəzarət altında olan

Qeyri-qənaətbəxş

Təhlükəli

Ümidsiz

Ümidsiz

Aşağı

Qeyri-qənaətbəxş

Təhlükəli

Ümidsiz

Ümidsiz

Ümidsiz

Borclu müflis elan edildikdə və ya hər hansı bir səbəbdən əmək və ya sahibkarlıq fəaliyyətinə xitam verildikdə kommersiya məqsədləri üçün verilmiş

kreditlər ümidsiz aktiv kimi təsnifləşdirilir.

Qeyd edək ki, dəyişikliklər martın 7-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR