Odessada etirazçılarla qarşıdurma zamanı azı 20 polis əməkdaşı xəsarət alıb

Odessada etirazçılarla qarşıdurma zamanı azı 20 polis əməkdaşı xəsarət alıb
# 18 noyabr 2017 21:38 (UTC +04:00)

Ukraynanın Odessa şəhərində etirazçılarla polis əməkdaşları arasında yaranan qarşıdurma zamanı azı 20 asayiş keşikçisi xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, toqquşma “Yay teatrı” adlanan ərazidə ağacların kəsilməsinə etiraz edən yüzlərlə piketçi və polis arasında baş verib. İnsident zamanı polis rəisi başından xəsarət alıb.

Mülki şəxslər arasında xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar iki maddə üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR