I rübdə AMB depozit hərracları vasitəsilə 700 mln. manat cəlb edib

I rübdə AMB depozit hərracları vasitəsilə 700 mln. manat cəlb edib
# 24 may 2018 16:28 (UTC +04:00)

Depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 600 mln. manat təşkil edib.

"APA-Economics" AMB-nin 2018-ciilin yanvar-mart ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, rüb ərzində depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı 16% azalıb.

Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliliyin aşağı düşməsinə baxmayaraq tələbin təklifi keçirilən depozit hərraclarında 3 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2,7 dəfə üstələməsi bank sistemində izafi likvidliyin yüksək olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR