İŞİD tərkibində döyüşmüş azərbaycanlı apellyasiya şikayəti verib

İŞİD tərkibində döyüşmüş azərbaycanlı apellyasiya şikayəti verib
# 01 noyabr 2016 06:07 (UTC +04:00)

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət üzrə məhkəmə noyabrın 2-də başlayacaq. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq. T. Musayev apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Musayev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunub.

T. Musayev Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR