Məmmədov, Əliyev və Hüseynov soyadları Gürcüstanda ən çox yayılmış soyadlardandır

Məmmədov, Əliyev və Hüseynov soyadları Gürcüstanda ən çox yayılmış soyadlardandır
# 18 may 2018 16:12 (UTC +04:00)

Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların 20-liyini açıqlayıb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, siyahıda 3 azərbaycanlı soyadı yer alıb.


Qonşu ölkədə Məmmədov ən geniş yayılmış 2-ci soyaddır. Bu soyadı 28 081 nəfər daşıyır. Əliyev soyadı isə 19 094 nəfərlə 4-cü yerdədir. Hüseynov ən geniş yayılmış 15-ci soyaddır ki, bu soyadı daşıyanların sayı 10 831 nəfər təşkil edir.


Gürcüstanda ən çox yayılmış soyad isə Beridzedir. Bu soyadı 29 068 nəfər daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR