Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
# 07 dekabr 2016 08:28 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunanan rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR