Bakıda “Nissan” işıq dirəyinə çırpılıb, 3 nəfər yaralanıb - FOTOSESSİYA - VİDEO

Bakıda “Nissan” işıq dirəyinə çırpılıb, 3 nəfər yaralanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 mart 2015 23:21 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Muxtar Mehdiyev "Nissan Maxima" markalı avtomobillə Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü Muxtar Mehdiyev, eləcə də sərnişinlər İmtiyaz Babayev və Xalid Umudov ağır bədən xəsarətləri alıblar. Arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıblar. Qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlər xəstəxanaya aparılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR