Yankauskas: “Ümid edirəm ki, yay tətilinə qədər Azərbaycanla bir neçə görüş keçirəcəyik”

Yankauskas: “Ümid edirəm ki, yay tətilinə qədər Azərbaycanla bir neçə görüş keçirəcəyik”
# 05 iyun 2018 10:35 (UTC +04:00)

“Ümid edirəm ki, yay tətilinə kimi Azərbaycanla danışıqların sektoral, siyasət və ticarət sahələri üzrə ən azı bir neçə görüş keçirəcəyik”.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Səfir bildirib ki, son danışıqlardan bir həftədən az vaxt keçib: "Düşünürəm ki, növbəti raunda dair qərar verməzdən əvvəl hər iki tərəf nələrin əldə olunduğuna dair yerlərdə məsləhətləşmələr aparacaq. Lakin növbəti raundla bağlı razılaşdırılmış hər hansı tarix yoxdur”.

Səfir ticarət sahəsində mövcud olan problemlərə də toxunub: “Biz ticarət üzrə danışıqlar aparırıq. Bu, o deməkdir ki, bir yerdə otururuq və həll yolu tapmağa çalışırıq. Bir sıra sahələrdə kompromis əldə etməyə çalışırıq. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil və nə zaman üzv olacağı da bilinmir. Bu isə ticarət sahəsində müəyyən problemlər yaradır. Buna görə də bu sahədə necə yanaşma nümayiş etdirməyi düşünürük. Açıqlıq və Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə münasibətlərindəki perspektivlər bizə ticarət sahəsində daha sürətlə irəliləmək imkanı verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR