Azərbaycanla Rusiya gömrükçülərinin görüşü yekunlaşıb

Azərbaycanla Rusiya gömrükçülərinin görüşü yekunlaşıb
# 11 noyabr 2016 12:48 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində yaranan nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanın nümayəndə heyəti Rusiya tərəfdəki sərhəd-keçid məntəqəsində yaranan problemin nəqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Rusiyanın gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün DGK-nin rəhbərliyi ilə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR