Millət vəkili Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib

Millət vəkili Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib
# 14 aprel 2017 11:21 (UTC +04:00)

"Hesablama Palatasına yeni səlahiyyət verilməlidir". "APA-Economics" xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov çıxış edib.

Onun sözlərinə görə, maliyyə pozuntularına görə dövlət büdcəsinə və vətəndaşa ziyan dəyir: "Maliyyə pozuntusuna görə cəza müddəti müəyyənləşdirilir. Amma cəzanın ağırlığından asılı olmayaraq maliyyə pozuntusu zamanı mənimsənilən vəsait büdcəyə qayıtmır. İlk növbədə büdcədən oğurlanan vəsaitlər geri qaytarılmalıdır. Bunun üçün mütləq qanunvericiliyə dəyişiklik edilməlidir. Hesablama Palatasına hər hansı qurumda pozuntuların baş verməsi ilə bağlı bir siqnal daxil olan kimi, həmin qurum yoxlanılmalıdır. Bunun üçün Palataya yeni səlahiyyət verilməlidir. Palataya səlahiyyətlər verilsə, dövlətin büdcəsindən oğurlanan vəsaitin geri qaytarılması mümkün ola bilər. Belə olmadığı təqdirdə, biz uzunmüddətli məhkəmə çəkişmələrini gözləməli olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR