Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” operasının premyerası olub - FOTO

Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” operasının premyerası olub - <span style="color: red;">FOTO
# 25 may 2015 15:33 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbir 28 may Respublika Günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib. Nümayişdən əvvəl çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə qurumun uşaq musiqisinə yüksək qiymət verdiyini vurğulayıb. F. Əlizadə O.Rəcəbovun yalnız bəstəkar kimi deyil, pedaqoq kimi də uğurla fəaliyyət göstərdiyini vurğulayaraq qeyd edib ki, o, yazdığı dərsliklərdə, tədris vəsaitlərində musiqini necə ifa etməyin nəzəriyyəsini açıqlayır.

Sonra Bakı şəhəri 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivinin ifasında “Sərçənin sərgüzəştləri” operası təqdim edilib. Operanın librettosunun müəllifi uşaq yazıçısı, “Qızıl kəlmə” mükafatı laureatı Sevinc Nuruqızıdır.

Nümayişdən sonra çıxış edən Oqtay Rəcəbov operanın həm “Bənövşə” uşaq xorunun, həm də Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında lentə alındığını söyləyib.

Tədbirdə tamaşanı hazırlayanlar - 3 nömrəli uşaq incəsənət məktəbinin müəllimləri Könül Talıbova və Ülkər Hüseynova, konsertmeyster Leyla Atakişiyeva və Sərçə rolunun ifaçısı Aygün Hüseynova Bəstəkarlar İttifaqının diplomları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR