Bağdadda iki partlayış baş verib, ölənlər var

Bağdadda iki partlayış baş verib, ölənlər var
# 19 oktyabr 2016 21:03 (UTC +04:00)

Bakı-APA. İraq paytaxtı Bağdadın şimalında bir-birinin ardınca iki partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanalar var. Onların dəqiq sayı barədə hələ ki, məlumat verilmir.

Bundan əvvəl daha iki partlayış, paytaxtın Əl-Qəhirə rayonunda yerləşən bazarda və şəhərin şərq bölgəsində qeydə alınıb. Hadisə nəticəsində bir neçə dinc sakin qəlpə yaraları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR