“Azərbaycan Sənaye Bankı” öhdəliklərini 54% artırıb

“Azərbaycan Sənaye Bankı” öhdəliklərini 54% artırıb
# 11 oktyabr 2017 14:18 (UTC +04:00)

“Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2017-ci ilin III rübündə 941,870 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48,5% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 34,1% artaraq 303,227 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 66,4% artaraq 609,545 mln. manata çatıb. Öhdəliklərin həcmi 54,15% artaraq 851,807 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR