Bakıda sürücü döyülüb - FOTO - YENİLƏNİB

Bakıda sürücü döyülüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 27 fevral 2015 07:43 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: “Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər”.

APA döyülən sürücünün fotolarını da əldə edib.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov APA-ya bildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “Əgər polis araşdırırsa, biz artıq o işə müdaxilə etmirik. Məsələyə hüquqi qiyməti məhkəmə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR