Abid Şərifov: "Bakının kanalizasiya sisteminin yenidən qurulması bir ay ərzində bitməlidir"

Abid Şərifov: "Bakının kanalizasiya sisteminin yenidən qurulması bir ay ərzində bitməlidir"
# 19 sentyabr 2017 09:50 (UTC +04:00)

"Bakının kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər gedir və bir ay ərzində bitməlidir".

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, bu işlərin yekunlaşması üçün prezident İlham Əliyev tərəfindən "Azərsu"ya 12 milyon manat vəsait ayrılıb.

A. Şərifov qeyd edib ki, 9 layihə konkret təhlil olunub, aidiyyəti qurumlarla razılaşdırılıb: "İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda, yağışda, qarda əzab-əziyyət çəkməsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR