“Düdelanj”ın bombardiri “Qarabağ”la oyunu buraxacaq

“Düdelanj”ın bombardiri “Qarabağ”la oyunu buraxacaq
# 29 noyabr 2019 10:53 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin son turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Düdelanj” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Lüksemburq təmsilçisi ən yaxşı bombardirini itirib.

Komandasının qrupda vurduğu 7 qoldan 4-nə imza atan Danel Sinani dekabrın 12-də “Qarabağ”a qarşı keçiriləcək matçda oynamayacaq.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. APOEL-lə dünən keçirilən V turun matçında qırmızı vərəqə alan 22 yaşlı yarımmüdafiəçi Bakıdakı qarşılaşmanı buraxacağndan Bakıya da gəlməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR