Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib
# 31 yanvar 2018 05:03 (UTC +04:00)

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "APA-Economics”ə verdiyi xəbərə görə, ləngiməyə səbəb 13 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranmasıdır.

Onun sözlərinə görə, nasazlıq səbəbindən qatar depoya göndərilib.

“Bu qatarın yerinə xəttə başqa qatar buraxılıb. Qatarlararası interval artıb. Həmçinin pik saatı olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpasına çalışırıq”, - deyə N. Paşayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR