Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb - FOTOSESSİYA - VİDEO

Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 mart 2015 08:56 (UTC +04:00)

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.

Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tank əleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR