Yaqub Mahmudov: "Azərbaycan parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil"

Yaqub Mahmudov: "Azərbaycan parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil"
# 22 may 2018 09:08 (UTC +04:00)

"Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil. 1918-ci ilin dekabrında parlament yeni tərkibdə fəaliyyətə başlayıb".

APA-nın xəbərinə görə, bunu Ombudsman və AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda institutun direktoru, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, 1918-ci il mayın 28-də Zaqafqaziya Seymində müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edib: "Müsəlman fraksiyasında təmsil olunan deputatları isə xalq seçmişdi. Bununla da, Azərbaycanın ilk parlamenti yaranmışdı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR