Içərişəhərdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə yarmarkası keçiriləcək

Içərişəhərdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə yarmarkası keçiriləcək
# 27 fevral 2015 19:32 (UTC +04:00)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, xeyriyyə yarmarkası mart ayının 1-də saat 12:00-dan 16:00-dək davam edəcək.

Tədbirdə 30-dən artıq ölkə nümayəndəsi iştirak edəcək, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirlər və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunacaq. Tədbirdə həmçinin milli musiqi və rəqslərin nümayiş olunması nəzərdə tutulur. Xeyriyyə aksiyasında eyni zamanda qiymətli mükafatların oynanılacağı lotereya tirajı da keçiriləcək. Tədbirdən əldə olunan mənfəətdən “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR