Rusiyada hava limanında saxta sənədlə keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada hava limanında saxta sənədlə keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb
# 25 avqust 2015 08:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Saxta sənədlərlə Rusiyanın Norilsk şəhərindən Moskvaya getmək istəyən 5 Azərbaycan vətəndaşı hava limanında saxlanılıb. APA-nın Rusiya Nəqliyyat Nazirliyinin Sibir vilayəti üzrə idarəsinə istinadən verdiyi məlumata görə, onlar sənədlərin yoxlanılması zamanı xarici vətəndaşın Norilsk şəhəri və Taymır Dolqano-Nenets rayonuna səfər etməsinə icazə verən sənəd göstəriblər. Lakin sənədlər polisdə şübhə oyadıb. Ekspertlər sənədlərin saxta olduğunu təsdiq ediblər. Saxta sənədin istifadəsinə görə xarici vətəndaşlara qarşı cinayət ii başlanılıb. Onları 80 min rubl (təxminən 1200 manat) dəyərində cərimə və ya 2 il müddətinə icbari iş və ya 3 ildən 6 aya kimi həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR