Dövlət Baytarlıq Nəzarəti Xidməti: Bu il su hövzələrində balıq ölümü ilə bağlı narahatedici hal qeydə alınmayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Bu il su hövzələrində balıq ölümü ilə bağlı narahatedici hal qeydə alınmayıb
# 31 mart 2015 09:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “2015-ci ildə su hövzələrində balıq ölümü ilə bağlı narahatedici hal qeydə gəlinməyib. Ötən il İranda kefal balıqlarının ölümü ilə əlaqədar monitorinqlərə başlamışdıq və İran tərəfinə müraciət ünvanlamışdıq. O vaxt da nəticələr müsbət olmuşdu”.

Bu sözləri APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli sahil boyu ərazilərdən daimi olaraq məlumat aldıqlarını bildirib: “Hazırda aktiv olmasa da, passiv müşahidələr aparılır. Balıqçılardan, Sərhəd Qoşunlarından mütəmadi məlumatlar alırıq. Onlara da belə bir hal baş versə, laboratoriyalarda müayinə olunmaq üçün ölmüş balıqlardan nümunə götürülmək tapşırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR