Azərbaycan və İran gömrük sahəsində əlaqələri müzakirə edib

Azərbaycan və İran gömrük sahəsində əlaqələri müzakirə edib
# 25 yanvar 2017 15:59 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev İranın Qərbi Azərbaycan vilayətinin Gömrük İdarəsinin rəisi Pərviz Təqəbinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, S. Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən S. Mehdiyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.

İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan DGK sədrinin birinci müavini qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

P. Təqəbi isə İranla Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, gömrük müstəvisində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib.

Görüşdə, həmçinin Azərbaycan-İran gömrük orqanları arasında əlaqələrin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR