“DəmirBank”ın səhmdarlarının növbəti yığıncağının vaxtı açıqlanıb

“DəmirBank”ın səhmdarlarının növbəti yığıncağının vaxtı açıqlanıb
# 15 may 2015 07:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyunun 27-də “DəmirBank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatı eləcə də, investisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiqi, xüsusi əhəmiyyətli əqdlərin bağlanılması və mənfəətin bölüşdürülməsi məsələlərinə baxılacaq.

Səhmdarlar gündəlik üzrə materiallarla bankda tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR