Nərimanov rayonunda bir neçə küçədə təmir işləri yekunlaşmaq üzrədir - FOTO - VİDEO

Nərimanov rayonunda bir neçə küçədə təmir işləri yekunlaşmaq üzrədir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 12:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.

İsmayıl Hidayətzadə küçəsində isə səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.

Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR