Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün yol qəzalarında 3 nəfər ölüb
# 28 fevral 2019 09:47 (UTC +04:00)

Ötən gün respublikanın avtomobil yollarında baş vermiş 4 yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən gün daxili işlər orqanları tərəfindən 36 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR