Neftçala sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb

Neftçala sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb
# 01 fevral 2018 18:35 (UTC +04:00)

Neftçalada 60 yaşlı şəxsdən yarım kiloqrama yaxın marixuana götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1958-ci il təvəllüdlü Çingiz Ağaverdi oğlu Bədəlovdan 457 qram qurudulmuş marixuana götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR