Veron 41 yaşında futbola qayıdıb

Veron 41 yaşında futbola qayıdıb
# 28 dekabr 2016 19:12 (UTC +04:00)

2014-cü ildə peşəkar futbolçu karyerasını başa vuran və Argentina liqasında çıxış edən “Estudiantes”in prezidenti olan Xuan Sebastian Veron yenidən futbola dönüb.

Apasport.az saytının məlumatına görə, uzun müddətdir məşq edən keçmiş milli futbolçu elə öz klubu ilə anlaşıb.

“Estudiantes”lə 1.5 illik anlaşma imzalayan Veron komandadakı ən az ödənşli oyunçu olacaq.

41 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə 13 il bu klubun şərəfini qoruyub.

Qeyd edək ki, geridə qalan mövsüm Argentina liqasında ikinci yeri tutan “qırmızı-ağlar” Libertadores kubokundan mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR