Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
# 19 yanvar 2017 08:44 (UTC +04:00)

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, Şura üzvləri şəhidlərin qəbri üstünə gül dəstələri düzüb, Əbədi Məşəl önünə əklil qoyublar.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq: "20 Yanvar hadisəsi Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin ən parlaq nümunəsidir. Azərbaycanın müstəqilliyi bizim üçün dünyanın bütün nemətlərindən üstündür.

Sovetlər İttifaqı dağılan dövrdə ən çox zərər çəkən, torpaq itirən biz olduq. Bunun da səbəbi vardı - xalqın böyük, qəhrəman oğlu Heydər Əliyev o vaxt rəhbərlikdə deyildi. Düşmən bu fürsətdən istifadə edərək bu təxribatı törətdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR