DQİDK: ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik hesabatında Azərbaycanla bağlı məlumatlar qərəzlidir

DQİDK: ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik hesabatında Azərbaycanla bağlı məlumatlar qərəzlidir
# 08 may 2015 16:06 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Dini Qurumlarla İş üzrə Komitəsindən (DQİDK) məlumat verilib. Məlumata görə, hesabatda Azərbaycandakı dini durumla əlaqədar verilən məlumatlar qərəzli və qeyri-obyektivdir.

Hesabata münasibət bildirən Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov deyib ki, həmin məlumatlar Azərbaycanda mövcud tolerant və multikultural mühitə kölgə salmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş cəhddən başqa bir şey deyil: “Azərbaycan tolerant və multikultural dəyərlərə sahib ölkədir və respublikamızda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bərabər hüquqludurlar. Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunur və insanların dini ibadətlərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir və bu bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilib”.

Yaxın günlərdə Dövlət Komitəsinin hesabatla bağlı ətraflı mövqeyi açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR