Cəlilabadda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

Cəlilabadda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır
# 01 aprel 2017 10:42 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR