Ermənistanda əsgər intihar edib

Ermənistanda əsgər intihar edib
# 15 avqust 2017 15:01 (UTC +04:00)

Ermənistanda əsgərin asılmış vəziyyətdə meyiti tapılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Abas Sloyan adlı əsgərin asılmış vəziyyətdə meyiti ötən gün Şirak vilayətinin Atsik kəndində aşkar edilib. O, hərbi xidmətə 20 gün əvvəl başlayıbmış. Milliyyətcə yezidi olan A. Sloyan Armavirdə xidmət edib. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil.

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR