Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın 15 mart mitinqi ilə bağlı xəbərdarlıq edib

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın 15 mart mitinqi ilə bağlı xəbərdarlıq edib
# 12 mart 2015 12:27 (UTC +04:00)

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək barədə müraciətinə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR