CAR-da iki qatarın toqquşması nəticəsində 426 nəfər xəsarət alıb

CAR-da iki qatarın toqquşması nəticəsində 426 nəfər xəsarət alıb
# 18 iyul 2015 02:41 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yohannesburq şəhərinin təcili qəza xidmətinin məlumatında bildirilir.

Xidmətin rəsmi nümayəndəsi Nana Radebenin bildirdiyinə görə, yüngül xəsarətlər almış yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qəza nəticəsində ölən və ağır xəsarət alanların olmadığı bildirilir.

Qatarlar Buysens stansiyasında toqquşub. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR