Gəncədə avtomobillə vurulan kişi xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə avtomobillə vurulan kişi xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 11 sentyabr 2017 20:25 (UTC +04:00)

Gəncədə maşınla vurulan kişi xəstəxanada ölüb.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncənin Şah İsmayıl Xətai prospektində “Mercedes” markalı avtomobillə vurulan, 1948-ci il təvəllüdlü Zeynalov Cəlal Nuşirəvan oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

20:45

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Gəncə sakini Zeynalov Cəlal Nuşirəvan oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR