Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb

Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 14 avqust 2017 11:20 (UTC +04:00)

Astara rayonunda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Siyətük kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Fərmail İsrafil oğlu İmaməliyev həyətdə su nasosunu işə salmaq istəyərkən onu cərəyan vurub. F. İmaməliyev yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit müaYinə olunmaq üçün Astara morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR